4 fevral 2015 19:10
Subaşiç kubok oyununda 90 dəqiqə oynadı
Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Keçiörengücü"nün qonağı olub. Oyun Subaşiçin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Subaşiç 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Manisaspor" 7 xalla qrup mərhələsini ikinci pillədə başa vurub.
