4 fevral 2015 19:00
Ayaz Mehdiyevsiz Girəsunspor kubokla vidalaşdı
Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası - "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Çizrəspor"un qonağı olub. Oyun qolsuz başa çatıb. Ayazın adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Girəsunspor" 6 xal toplasa da, qrup sonuncusu olub.
