4 fevral 2015 16:00
Qara Qarayev İspaniya klubuna baxışa göndərildi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Əlincə” klubunun üzvü Qara Qarayev İspaniyaya gedib. Azerisport.az xəbər verir ki, o, perspektivli futbolçu olması nəzərə alınaraq, AFFA tərəfindən İspaniyanın “Malaqa” klubunun düşərgəsinə baxışa göndərilib.
