4 fevral 2015 15:15
Cavadov Subaşiçlə oyuna hazırlaşır
Türkiyənin "Boluspor" klubu PTT 1-ci liqanın növbəti turu çərçivəsində qarşılaşacağı "Manisaspor"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın məşqlərində azərbaycanlı futbolçu Vaqif Cavadov da yaxından iştirak edir.
Onun millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandasına qarşı oyunda meydana çıxması gözlənilir.
