4 fevral 2015 14:15

Georgi Nikolov: Baş məşqçi postuna iki namizəd var ki, İnteri çalışdırmağa razılıq veriblər

"İnter"in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi

- Ötən gün klublar komitəsinin növbəti iclası keçirilib. Görüş necə keçdi?
- Sevindiricidir ki, görüşün əvvəlində AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak etdi, bizim arzularımızı dinlədi. Əsas odur ki, AFFA yeni yaradılan bu komitə ilə əməkdaşlığa isti yanaşır. Aydın məsələdir ki, səsləndirilən bütün təkliflər qəbul olunmayacaq. Amma ən azı 50 faizi qəbul olunsa, Azərbaycan futbolunun xeyrinə işləyəcək. 21 yaşadək futbolçuların qazancı ilə bağlı müzakirələr aparıldı. Eyni zamanda belə futbolçuların bir klubdan digərinə transferi ilə də bağlı müəyyən fikirlər səsləndirildi. Premyer Liqanın əsas sponsoru Topazla əməkdaşlığın davam etidirilməsi, teleyayımla da bağlı müzakirələr aparıldı. Sonda isə legioner limitini müzakirə etdik.

- Sizin təklifiniz necə oldu?
- Bu məsələ ilə bağlı "İnter"in fikri belədir ki, legioner limiti necə olmasından asılı olmayaraq, ən azı üç il qüvvədə qalmalıdır. Hər il limiti dəyişdirmək düzgün deyil.

- "İnter" klublar komitəsinin yaranmasından bəri ondan nə kimi fayda görüb və bundan sonra nəyə ümid edir?
- Bu gün üçün heç bir fayda görməmişik. Heç özümüz üçün fayda da axtarmırıq. Əgər hər klub özü üçün fayda axtarırsa, onda bu komitənin yaranması da mənasız olar. Əsas hədəf Azərbaycan klubları arasındakı münasibətləri daha da yaxşılaşdırmaqdır. Mən hətta düşünürəm ki, yaxın gələcəkdə birinci divizion klubları da bu komitəyə qoşulmalıdırlar. Çünki onlar da peşəkar klub olaraq, bu müzakirələrdə yaxından iştirak etməlidirlər.

- Peşəkar Futbol Liqası ilə fikir ayrılığının yaranacağını düşünmürsünüz ki?
- Ola bilər ki, PFL bizim əksər fikirlərimizlə razılaşmasın. Amma bunu münaqişəyə çevirməkdə məna görmürəm. PFL ən azı bizim fikirlərimizi eşitməlidir.

- Baş məşqçi axtarışlarınız necə gedir?
- Bu həftə klubun sahibi ilə görüşüb, gələcək namizədlərlə bağlı fikir mübadiləsi aparacağıq.

- Neçə namizəd var?
- Artıq iki namizəd var. Onlar ilkin razılıq veriblər. Adlarını çəkməyəcəyəm. Amma əcnəbi olduqlarını deməliyəm.

- "Sumqayıt"la heç-heçə sizi məyus etdi?
- Mən bu heç-heçəni gözləmirdim. İlk oyunlarda belə çətinliklər olur. Həm də toplanış zamanı yaxşı nəticələr qazandığımız vaxt, rəsmi oyunlara pis başlayırıq. Amma məşqçilər korpusu bu barədə düşünüb, vəziyyəti düzəltməlidirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.