4 fevral 2015 11:30

Ruslan Abışov: Kurban Berdıyev məni Rubinə saç düzümümə görə çağırmamışdı

Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ" ilə yarım illik müqavilə imzalamağınızın səbəbi nədir? Axı sizə hətta bu komandanın kapitanlıq sarğısı həvalə olunub...
- Mən bu etimada görə klub rəhbərliyinə və komandanın baş məşqçisi Roman Qriqorçuka təşəkkürümü bildirirəm. Müqavilənin müddətinə gəlincə, bunun öz səbəbləri var. Qısaca onu deyim ki, mən xaricdə oynamaq istəyirəm.

- "Qəbələ"də sizi hər şey qane edir?
- Bəli. Klubdakı atmosfer də idealdır. Burada hər kəs öz işini yaxşı bilir və klub ildən ilə daha da inkişaf edir. Bir sözlə, burada olduğuma görə şadam.

- Rinat Bilyaletdinovun sizin ünvanınıza dediyi sözü necə qəbul etdiniz?
- O, Kurban Berdıyevi əvəzləyəndən sonra əvvəllər mənə qarşı yaxşı idi. Onun rəhbərliyi altında keçirilən bütün yoxlama oyunlarında start heyətdə meydana da çıxmışdım. Məhz buna görə Berdieyvin gedişindən sonra risk edib "Rubin"dən qalmağa qərar verdim. Baxmayaraq ki, yaxın insanlar komandadan getməyimi məsləhət görürdülər. Bilyaletdinovun mənə münasibəti birdən-birə dəyişdi.

- Buna səbəb nə idi?
- Mənimlə bağlı qərarı baş məşqçi verməmişdi və bunu gözəl bilirik. Berdıyev məni saç düzümümə görə ora aparmamışdı. "Rubin"in sabiq çalışdırıcısı məni yaxşı tanıyırdı. Ümumiyyətlə, onu deyim ki, mənə ilk gündən bu komandada asan olmadı. Burnumdan əməliyyat keçirdim və iki ay komandadan kənar qaldım. Yalnız ondan sonra özümə gəlib, bir sıra oyunlarda meydana çıxdım. Yenicə forma yığmağa başladığım vaxtda isə Berdiyev komandadan getdi. Bilyaletdinovun yeni komanda yaratmaq istəyi normal idi.

- Berdıyev indi "Rostov"dadır...
- "Rostov"un futbolçularının bəxti gətirib ki, onların elə baş məşqçisi var. Əminəm ki, bu mütəxəssis orada da uğur qazanacaq. Bundan sonra "Rubin"lə yanaşı, "Rostov"un da matçlarını izləyəcəyəm.

- Xaricdə oynamaqla bağlı planlarınız nədən ibarətdir?
- Hazırda bütün diqqətim "Qəbələ"nin uğurlu çıxışına yönəlib. Mövsümü mükafatçılar sırasında bitirmək istəyirəm. Mövsüm başa çatandan sonra isə sizin bu sualınıza cavab verə bilərəm.

- Roman Qriqorçukun Yuri Syomindən daha yaxşı nəticəyə imza atacağına inanırsınız?
- Qriqorçuk ürəyiaçıq və maraqlı insandır. Hər məşqi maraqlı keçir. Onun Ukraynadan dəvət etdiyi futbolçular da həm oyunçu, həm də insan kimi yaxşıdılar. Əminəm ki, bu mövsüm uğurlu ola biləcəyik.

- Millinin baş məşqçisi Robert Prosineçki az qala çempionatın hər oyununu canlı izləyir...
- Onun işə belə yanaşması futbolçuları ancaq ürəkləndirə bilər. Prosineçkini Fransada keçirilən dünya çempionatından tanıyıram, hətta Yamaykaya vurduğu qolu da xatırlayıram. Əminəm ki, "Real" və "Barselona" kimi klublarda oynamış bir insandan çox şey öyrənəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.