4 fevral 2015 11:00
Balayev oynamadı, Ayntraxt 1 xal qazandı
Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Volfsburq"la qarşılaşıb. Oyun 1:1 hesabıyla bitib. Emilin adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Ayntraxt" hazırda 24 xalla 9-cu yerdə gedir.
