3 fevral 2015 19:30

Tuyqun Nadirov: Təklif var ki, klublar iştirak ərizəsinə öz yetirməsi olan 2 futbolçu daxil etsinlər

AFFA klublar komitəsinin rəhbəri, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində bir sıra məsələlərə münasibət bildirib. O, öncə bunları söyləyib:

"Bu gün klublar komitəsi yenidən bir araya gəldi. Toplantıya AFFA-nın baş katibi Elxan Məmmədovu da dəvət etmişdik. Dəvətimizi qəbul edib gəldiyinə görə təşəkkürümüzü bildiririk. Birgə xeyli məsələni müzakirə etdik. Başqa təkliflər də oldu. Klublar komitəsinin loqosunu təsdiqlədik, bir sıra başqa qərarlar da qəbul etdik. Teleyayım və Topazla da bağlı müəyyən məsələləri müzakirə etdik. Klub rəhbərləri ilə də əlaqə saxladıq. Legioner limitini də geniş şəkildə müzakirə etdik".

Limitdən danışarkən Nadirov aşağıdakıları dilə gətirib: "Bəzi klubları indiki limit qane edir, bəziləri isə dəyişilməsinin tərəfdarıdır. Müəyyən bir qərara gələ bilmədik. Bununla bağlı klub rəhbərləri baş məşqçilərlə də görüş keçirəcək. Biz həmçinin limit dəyişikliyi ilə bağlı AFFA-dan müəyyən statistik məlumatları da istədik. Məsələn, hansı mövqedə neçə azərbaycanlı futbolçu çıxış edir. Digər tərəfdən, hər il legioner limitini dəyişməyə də dəyməz. Bu, futbolun inkişafına mənfi təsir göstərir".

"İndi hər bir klubun öz gəncləri, yetirmələri var. Hər biri onların bəhrəsini görmək istəyir. Bunu həm onların əsas heyətdə çıxış etməsinə, həm də transfer edilərkən ödəniləcək müəyyən məbləğə aid etmək olar. Bu və digər məsələləri tənzimləmək üçün isə oyunçuların transfer statusuna dair qərarlara yenidən göz gəzdirmək lazımdır. Klublar da bunu yaxşı qarşıladı. AFFA-nın lisenziyalaşdırma qrupunun rəhbərliyini də dəvət etmişdik. İndi elə perspektivli futbolçular var ki, onlara əsas heyətdə yer yoxdur. Onların qarşısını ya legionerlər kəsir, ya da başqa səbəbləri var. Növbəti yığıncaqlarımızdan birinə PFL prezidenti Ramin Musayevi də dəvət edəcəyik. PFL artıq bir neçə ildir ölkə çempionatının təşkilatçısıdır. Onların bu sahədə müəyyən təcrübəsi var və bizə hansısa məsələlərdə yardımçı ola bilərlər".

Martın 6-da AFFA İcraiyyə Komitəsinin növbəti iclası olacaq. Klublar komitəsinin rəhbəri bildirib ki, həmin iclasa kimi onlar daha bir görüş keçirməyi planlaşdırırlar. Nadirov həmçinin 23 yaşadək futbolçuların maaşı ilə bağlı qəbul olunan limitə də münasibət bildirib: "Bununla bağlı iş gedir. Burada söhbət maaşı artırmaqdan və ya azaltmaqdan getmir. Məsələn, elə oyunçular var ki, layiq olduğundan az qazanır. Bizim hədəfimiz ondan ibarətdir ki, ortaq məxrəcə gələk, futbolçularımızın xarici klublara getməsinə nail olaq".

XL rəsmisi komandasındakı köklü dəyişikliklərə də toxunub: "Biz "Simurq"a güclü heyətlə öz meydanımızda 1:3 hesabıyla uduzmuşduq. Komanda qış fasiləsinə 5-ci pillədə yollandı. Fasilədən sonra Zaqatalada keçirilən oyunda isə 0:2 hesabıyla uduzduq. Amma baxın hansı heyətlə. Onların ən azından sərgilədiyi oyun göstərir ki, biz düzgün yoldayıq. Yaxın 2-3 ay ərzində bu futbolçular özlərini tapacaqlar, səviyyələrini artıracaqlar. Mən buna qətiyyən şübhə etmirəm".

"Komitənin iclasında o da qərara alındı ki, hər komanda matçın iştirak ərizəsinə ən azı öz yetirməsi olan iki futbolçunun adını daxil etsin. Onların meydana çıxmasına isə baş məşqçi qərar verəcək. Bu, gənclərin yolunu açacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.