3 fevral 2015 18:15
Tuyqun Nadirov: Futbolçu azarkeşlərin dediklərinə reaksiya verməməlidir
"Xəzər Lənkəran"ın vitse-prezidenti, AFFA klublar komitəsinin rəhbəri Tuyqun Nadirov bir neçə gün öncə "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovla "Bakı"nın azarkeşləri arasında yaranmış qalmaqaldan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolçu meydana azarkeşə görə çıxır. O, tribunalardan deyilən sözlərə reaksiya göstərməməlidir. Futbolçu peşəkar olmalıdır. Əgər onlar azarkeşlərin dediklərinə fikir verməsələr, aralarında belə problemlər də olmaz".
