3 fevral 2015 17:15
Tahir Gözəl: Qarabağın sınaq matçlarındakı nəticələri məni narahat etmir
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bəyan edib ki, komandasının Türkiyə toplanışı zamanı qazandığı nəticələrdən elə də narahat deyil. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın toplanış zamanı keçirdiyi yoxlama oyunlarındakı nəticələrindən xəbərim var. Amma bu nəticələr məni elə də narahat etmir. Biz Qurban Qurbanova eksperimentlər etmək imkanı yaratmışdıq. Əsas uşaqların çempionata hazır olması idi. Gələn həftə baş məşqçi ilə görüşümüz olacaq".
