3 fevral 2015 16:45
Elxan Məmmədov millinin 3 potensial rəqibinin adını açıqladı
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, Azərbaycan yığmasının fevral toplanışı zamanı qarşılaşacağı rəqiblə bağlı axtarışlar davam edir. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Moldova, Yəmən və İordaniya ilə danışıq aparırıq. Belarusla matçın vaxtına görə razılığa gələ bilmədik. Mümkündür ki, heç kimlə razılığa gələ bilməsək, yoxlama oyunu keçirməyək. Klublarla oynamaq istəmirik".
Eddi İsrafilova gəlincə, o, qarşıdakı toplanışda iştirak etməyəcək".
Məmmədov həmçinin onu da bildirib ki, AFFA prezidenti Rövnəq Abdullayev "Bakı"nın bazasına su verilməməsi problemi ilə məşğul olacaq.
