3 fevral 2015 16:00
Tuyqun Nadirov: Klublar komitəsi bu gün 30-dan çox məsələyə baxacaq
AFFA-nın klublar komitəsinin rəhbəri, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bu gün baş tutacaq toplantıdan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün üçün aktual olan xeyli məsələ var. Klubların lisenziya məsələləri, futbolçu transferləri və sair. Klubların rəsmilərinə dəvət göndərmişik. Topazın məsələsinə gəlincə, bu, hazırda müzakirə mərhələsindədir və böyük ehtimalla, bu məsələyə növbəti yığıncaqlarımızda baxacağıq. Eləcə də oyunların yayım hüququ məsələsi. Hazırda isə həllini gözləyən daha vacib məsələlər var. Bu gün biz 30-dan çox məsələyə baxacağıq".
