3 fevral 2015 15:25
Tahir Gözəl: Qarabağ - İnter matçının nəticəsi qüvvədə qalacaq
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirilmiş oyunda (0:0) mübahisəli qol vəziyyəti ilə bağlı UEFA-nın çıxaracağı qərardan gözləntisini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"UEFA-nın toplantısında klubumuz təmsil olunmayacaq. Amma vəkilimiz bu işlərlə məşğul olur. Mənim UEFA-ya son səfərim zamanı mənə başa saldılar ki, çıxarılacaq qərar ancaq hakimlər briqadası ilə bağlı olacaq. Ümid edirəm ki, hakimlər cəzalanacaq. Oyunun nəticəsinə gəlincə, böyük ehtimalla qolsuz heç-heçə qüvvədə qalacaq. UEFA öz qərarını açıqladıqdan sonra klubumuz tərəfindən müvafiq açıqlama veriləcək".
