3 fevral 2015 15:15
Simurq cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 19-cu turunun bir oyunu ilə bağlı qərar qəbul olunub.
“Simurq” – “Xəzər Lənkəran” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
