3 fevral 2015 14:45

Vüqar Nadirov: Azərbaycan çempionatı A Seriyası deyil ki, özümüzü çempion sayaq

"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi

- Türkiyəyə hamıdan öncə gedə Vüqar Nadirovun daha yaxşı hazırlaşdığını demək olar?
- Pis və ya yaxşı olduğunu deyə bilmərəm, amma çalışdım. Fikrimcə, qiyməti Premyer Liqa oyunları verəcək. İlk oyunumuz "Bakı"ya qarşı olacaq. Çətin oyun olacaq. Uğurlu oynamaq lazımdır.

- "Qarabağ" altı yoxlama oyununda cəmi 4 qol vurdu. Bu, nədənsə xəbər vermir?
- Bunlar sadəcə, yoxlama oyunları idi. Motivasiya da həmin motivasiya deyildi. Premyer Liqa oyunlarında isə elə olmayacaq. Daha dəqiq olmağa çalışacağıq.

- İnnosent Emeqara komandadan getsə də, "Qarabağ" yeni hücumçu almadı. Doğrudan, hücumçuya ehtiyac yoxdur?
- Mən bunu müzakirə edə bilmərəm. Çünki özüm də futbolçuyam.

- İstənilən halda, bir oyunçu olaraq qol vurmağı bacaran forvardla birgə oynamağın daha asan olduğunu düşünmürsünüz?
- Əlbəttə, elə daha asandır. Yəqin ki, yaxşı hücumçu olmayıb, komandamıza layiq olanını tapa bilməyiblər. Amma belə hərdən mən, hərdən Reynaldo həmin mövqedə çıxış edir. Elə də pis alınmır.

- Emeqara Azərbaycanda dil problemi ilə üzləşdiyini bəyan edib...
- Mən onda belə bir problem hiss etməmişdim. O, ümumiyyətlə, xaraktercə sakit adam idi və az ünsiyyət qururdu. Hərdən hətta zarafat da edirdi.

- Toplanışda əvəzedici komandadan da xeyli oyunçu var idi. Rəqabət artıb?
- Tədricən artır. Hazırda heyətimizdə yaxşı uşaqlar var. Fikrimcə, yaxın gələcəkdə xeyli yaxşı gənclər üzə çıxacaq.

- Əsas izləyicilərinizdən "İnter"lə "Neftçi"nin üçüncü dövrəyə xal itkisi ilə başlamasını necə qarşıladınız?
- Mövsüm asan keçməyəcək. Hələ seviniləsi heç nə yoxdur. Həmin "Sumqayıt" və AZAL ilə bizim də oyunlarımız var. Heç kim xal itkisindən sığortalanmayıb.

- Ehtiyatdakı oyunları da nəzərə alsaq, hazırda əsas rəqiblərinizi 7-8 xal qabaqlayırsınız. İtaliyada "Yuventus"un "Roma"nı 7 xal qabaqlaması artıq çempionluğun taleyinin həll olunması kimi qəbul olunur...
- Bura İtaliya deyil. Bizdə hər şey o dərəcədə asan deyil. Qarşıda 18 oyun var. Bizim neçə xal itirəcəyimiz hələ bəlli deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.