3 fevral 2015 13:30
Emeqara: Azərbaycanda dil problemi ilə üzləşdim
"Qarabağ"ın sabiq forvardı İnnosent Emeqara İtaliya, Fransa və Azərbaycanda çıxış edərkən üzləşdiyi problemlərdən danışıb. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə ABŞ klubu "San-Xose"yə keçən isveçrəli futbolçu bunları söyləyib:
"İtaliyada, Fransada və Azərbaycanda problemlərlə üzləşdim. Xüsusilə də dil fərqliliyi baxımından. Komanda yoldaşlarının nə danışmasını bilmək, başa düşmək çox vacibdir. ABŞ-da isə belə problemim olmayacaq".
