3 fevral 2015 12:30
Xəzər Lənkərandan qaçan futbolçu Türkiyə klubunda
"Xəzər Lənkəran"la yollarını ayıran Qalin İvanov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Türkiyə PTT 1-ci liqasında mübarizə aparacaq.
Belə ki, İvanov "Samsunspor"la müqavilə imzalayıb.
Qeyd edək ki, İvanov ötən ilin sonlarında "Xəzər Lənkəran"ın düşərgəsini icazəsiz olaraq tərk edib, vətəninə yollanmışdı.
