3 fevral 2015 12:00
Ruslan Abışov da Qəbələ ilə yarım illik müqavilə imzaladı
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov "Qəbələ" ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, tərəflər yarım illik müqavilə imzalayıblar.
Qeyd edək ki, Abışov ötən mövsüm bölgə təmsilçisində icarə əsasında çıxış edirdi. Çünki onun transfer hüquqları Rusiyanın "Rubin" klubuna məxsus idi.
