3 fevral 2015 11:00
Xəzər Lənkəran rəsmən 3 oyunçusu ilə yollarını ayırdı
"Xəzər Lənkəran" daha üç futbolçusu ilə yollarını rəsmən ayırıb. Azerisport.az xəbər verir ki, cənub klubu müqavilə ilə onlara məxsus olan futbolçular - Vanderson Skarduelli, Tyeqo de Jesus və Fernando Qabriellə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.
Hər üç futbolçuya klub qarşısında xidmətlərinə görə təşəkkür edilib və onlara gələcək karyeralarında uğurlar arzulanıb.
