2 fevral 2015 19:20

Bir oyunda 6 debüt

2015-ci ilin ilk rəsmi oyunu “Qəbələ” üçün 6 debütlə əlamətdar olub. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turunun “Bakı” ilə səfər oyunu baş məşqçi Roman Qriqorçuk və 5 futbolçu üçün bu komandada ilk matç kimi tarixə düşüb.

2:0 hesablı qələbə ilə debüt edən ukraynalı mütəxəssis “qırmızı-qaralar”ı rəsmi oyunlara çıxaran 9-cu məşqçi olub. Onadək Ramiz Məmmədov 139, ingiltərəli Toni Adams 47, Faiq Cabbarov 44, rusiyalı Yuri Syomin 42, türkiyəli Fatih Kavlak 27, rumıniyalı Dorinel Muntyanu 16, ispaniyalı Luis Araqon 6, Sənan Qurbanov 3 görüşdə komandanın “sükanı arxasında” olmuşdu. Bu siyahıda 6-cı legioner olan Qriqorçuk “Qəbələ”də ilk ukraynalı çalışdırıcıdır.

Start heyətində meydana çıxan Rəşad Sadiqov, ukraynalılar Dmitri Bezotosnı, Aleksey Qay və Ruslan Fomin, qarşılaşmanın sonlarında debüt şansı qazanan belaruslu Mixail Sivakov ilk dəfə “qırmızı-qara” forma geyiblər. Bu matçadək 10 illik tarixində 179 oyunçuya güvənən “Qəbələ”nin futbolçularının ümumi sayı 184-ə çatıb. Rəşad klub tarixində 96-cı yerli oyunçusudursa, əcnəbilərin sayı 88-ə çatıb. Paytaxtdakı görüşədək legionerlər 31 ölkəni təmsil edirdisə, Sivakov klub tarixinə ilk belaruslu kimi düşdü. Artıq 32 ölkənin təmsil olunduğu “qırmızı-qaralar”ın heyətindəki ukraynalıların sayı isə 9-a çatıb: Braziliya – 11, Ukrayna, Gürcüstan – hərəsi 9, Rusiya - 7, Serbiya, Rumıniya – hərəsi 6, Moldova, Hollandiya, Seneqal, Nigeriya – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Polşa, Portuqaliya – hərəsi 2, Argentina, Belarus, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə, Tacikistan, Slovakiya – hərəsi 1.

“Qəbələ”də ən çox oyun keçirən futbolçular arasında 9-cu olan Ürfan Abbasov yubiley – 80-ci matçını keçirib. 4 mövsümdür “qırmızı-qara” forma geyən müdafiəçi Azərbaycan çempionatlarında 72, ölkə kubokunda 7, Avropa Liqasında 1 qarşılaşmada iştirak edib.

“Qəbələ”nin heyətində 4-cü dəfə penalti zərbəsini dəqiq yerinə yetirən Cavid Hüseynov komandanın heyətində ən çox 11 metrlik zərbə vuran 5 oyunçudan biridir: Kənan Kərimov – 8 (7 dəqiq), Leonardo da Silva – 5 (4), Samir Zərgərov – 5 (3), Cavid Hüseynov, Deon Barton – hər ikisi 4 (4).

Ümumilikdə isə komanda 48 penaltidən 36-nı qola çevirə bilib.

Klub akademiyasının yetirməsi olan Elvin Camalov yubiley – 20-ci oyununda əsas komandanın formasını geyib. Bu göstəricidə Tərzin Cahangirova çatan yarımmüdafiəçi akademiyanın yetirmələri arasında ən çox “qırmızı-qara” forma geyən Müşfiq Teymurovdan cəmi 1 matç geri qalır.

“Bakı”nın futbolçusu Vüqar Bəybalayev avtoqol müəllifi olub. Bu da “Qəbələ”nin tarixində 9-cü belə hadisədir. Onadək İlqar İbrahimov (“Şərur”), Osman Umarov (“Şahdağ-2”), Röyal Həsənov (“Viləş”), Natiq Qasımov (MOİK), Aleksandr Malıgin (“Simurq”), Alves Dos Santos, Şəhriyar Rəhimov, Laşa Kasiradze (hamısı AZAL) “qırmızı-qaralar”la görüşdə öz qapısına qol vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.