2 fevral 2015 19:10
Qarabağ sabah Bakı ilə matçın hazırlığına start verəcək
"Qarabağ" artıq Bakıdadır. Azerisport.az xəbər verir ki, qış fasiləsi zamanı Antalyaya təlim-məşq toplanışına yollanan komanda 21 günlük təlim-məşq toplanışını başa vurub.
Yanvarın 31-də sonuncu yoxlama oyununa çıxan Ağdam klubu dünən Antalya – İstanbul - Bakı reysiylə vətənə qayıdıb. Baş məşqçi Qurban Qurbanov bu gün futbolçulara istirahət verib. Sabahdan isə komanda Premyer Liqanın növbəti turunda qarşılaşacağı "Bakı"yla oyunun hazırlıqlarına başlayacaq. (klub saytı)
