2 fevral 2015 18:45
Mursiya İsrafilovu 1,5 milyon avroya satır
İspaniyanın "Qranada" klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun transfer hüququnu ələ keçirmək istəyir. Azerisport.az xəbər verir ki, hazırda məhz bu komandada çıxış etməsinə baxmayaraq, Eddinin transfer hüququ "Real Mursiya"ya aiddir.
Aşağı liqada çıxış edən "Real Mursiya" İsrafilovu La Liqa klubuna buraxmağa hazırdır. Amma "Qranada" bunun üçün 1,5 milyon avro ödəməlidir.
Qeyd edək ki, İsrafilov "Qranada"ya bu mövsümün əvvəlində icarə əsasında keçib. Onun icarə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
