2 fevral 2015 18:30
Ruslan Fominin zədəsi ciddi deyil
"Qəbələ"nin hücumçusu Ruslan Fomin Topaz Premyer Liqasının 19-cu turunun "Bakı" ilə oyununda zədələnmişdi. Azerisport.az xəbər verir ki, bu üzdən o, hətta əvəzlənmək məcburiyyətində qalmışdı.
Artıq onun durumuna aydınlıq gəlib. Zədəsi elə də ciddi olmayan Fomin tezliklə məşqlərə başlayacaq və komandasının növbəti oyunlarında meydana çıxa biləcək.
