2 fevral 2015 18:00
Bakı son qalmaqalla bağlı bəyanat yaydı
Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Bakı” – “Qəbələ” matçından sonra xoşagəlməz hadisə baş verib. Azerisport.az xəbər verir ki, qonaqların futbolçusu Cavid Hüseynovla “Bakı” azarkeşləri arasında mübahisə yaranıb.
Artıq paytaxt klubu bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:
“Bakı” Futbol Klubu bəyan edir ki, azarkeşlər ilə futbolçular arasında münasibətlərin bu həddə çatması yolverilməzdir və gələcəkdə hər iki tərəfi daha təmkinli olmağa dəvət edirik.
Hər birimizin bir məqsədi olmalıdır – Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib əlimizdən gələn heç bir işi əsirgəməmək".
