2 fevral 2015 17:45
Prosineçki: Ümid edirəm ki, Kamran Kayserisporun əsas qapıçısı olacaq
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin qapıçısı Kamran Ağayevin Türkiyənin "Kayserispor" klubuna keçməsini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kamran yaxşı qapıçıdır. Ümid edirəm ki, o, "Kayserispor"da əsas qapıçı olacaq. Bu, həm futbolçunun özü, həm də yığma komanda üçün müsbət amil olar".
Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2012/13 mövsümündə "Kayerispor"un sükanı arxasında çalışıb.
