2 fevral 2015 14:45

Neftçinin 10-cu bombardiri

“Neftçi”nin çilili hücumçusu Nikolas Kanales Premyer Liqada yubiley – 30-cu qolunu vurub. Azerisport.az xəbər verir ki, 2012/13 mövsümündə vurduğu 26 qolla çempionatın bombardiri adını qazanan cənubi amerikalı cari mövsümdə 4-cü dəfə fərqlənməklə 30-a çatıb. Nikolas buna XIX turun AZAL-la səfər oyununda nail olub.

Bununla da o, paytaxt təmsilçisinin tarixinə düşüb. Çilili “ağ-qaralar”ın Azərbaycan çempionatlarında çıxışları tarixində 30 və daha çox qol vuran 10 oyunçudan biri olub. Belə ki, 1992-ci ildən AZAL-la görüşədək yalnız 9 futbolçu “Neftçi”də 30-dan artıq qol vurmuşdu. Kanales bu siyahıya 10-cu kimi daxil olub.

1. Samir Ələkbərov – 99
2. Qurban Qurbanov – 66
3. Yunis Hüseynov – 58
4. Nazim Əliyev – 42
5. Bahodir Nasimov – 38
6. Nadir Nəbiyev – 37
7. Vadim Vasilyev - 32
8. Branimir Subaşiç – 31
9-10. Flavinyo – 30
Nikolas Kanales – 30

Ümumilikdə isə çempionatlar tarixində 30 və daha çox qol vuran 76-cı bombardir olan Kanales Kamal Quliyev, Ceyhun Sutanov, Valter Quqlemon və komanda yoldaşı Flavinyo ilə eyni göstəriciyə malikdir. Bu 76 oyunçudan 17-si legionerdir. Nikolas əcnəbi futbolçular arasında məhsuldarlığına görə Quqlemon və Flavinyo ilə birlikdə 15-17-ci yerləri bölür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.