2 fevral 2015 14:15
Kamran Ağayev Kayserispor ilə müqavilə imzaladı
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyənin "Kayserispor" klubu ilə müqavilə imzalayıb. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Bu səhər "Kayserispor"la müqavilə imzaladım. Müqavilənin müddəti yarım illikdir, mövsümün sonunadək burada oynayacağam. Hazırda yeni komandamla ilk məşqə gedirəm".
Qeyd edək ki, Ağayev bir neçə gün öncə "Qəbələ" ilə yollarını ayırmışdı.
