2 fevral 2015 14:00

Freddi Mombonqo: Neftçini mən yox, AZAL məğlub etdi

AZAL-ın hücumçusu Freddi Mombonqonun azerisport.az saytına müsahibəsi

- "Neftçi" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Uğurlu oynadıq. İlk dəqiqədən sonadək meydanda yaxşı təsir bağışladıq. Layiqli qələbə qazandıq. Son dəqiqələrdə həlledici qol vuraraq qalib gəlmək çox xoşdur.

- Üçüncü dövrəyə uğurlu başladınız. Hədəfiniz nədən ibarətdir?
- Start kifayət qədər möhtəşəm alındı. Artıq hər şey öz əlimizdədir. Qələbə qazanmağa davam etmək istəyirik. Buna nail olsaq, qarşıya qoyulan vəzifəyə çatmağımız da mümkün olacaq. Hədəf isə Avropa Liqasında iştirak etməkdən ibarətdir.

- Özünüzü bu oyunun qəhrəmanı sayırsınız?
- Qəhrəman? Xeyr, qəhrəman deyiləm. Biz bir komandayıq, qəhrəman yoxdur. "Neftçi"ni də mən yox, AZAL-ın meydana çıxan 11 futbolçusu məğlub etdi. Yaxşı çalışdıq, faydasını gördük. Komandama faydalı olduğuma görə də şadam. Komanda yoldaşlarım olmasaydı, mən də bu qolları vura bilməzdim.

- Əvvəlki iki dövrə ərzində üç qol vurmuşdunuz. Üçüncü dövrənin ilk matçında dubla imza atdınız. Bombardirlik uğrunda mübarizə aparacaqsınız?
- Burada ilk mövsümümü keçirirəm. Ona görə də hücumçu üçün elə də böyük göstərici sayılmayacaq sayda qol vurmağım təəccüblü sayılmamalıdır. Təbii ki, zaman keçdikcə özümü burada daha yaxşı hiss etməyə başlayıram. Ümid edirəm ki, bundan sonra komandama daha çox fayda verəcəyəm.

- Növbəti mövsümdən daha iddialı klublarda oynamaq hədəfiniz var?
- Hazırda bu barədə düşünmürəm. Çünki AZAL-da qollar vurmaq istəyirəm. Əgər burada qollar vurmağa davam etsəm, yeni imkanlar da açılacaq. İndidən başqa komandaya keçmək barədə düşünməyə başlasam, bundan nə mən fayda görəcəyəm, nə də komandam.

- Tərlan Əhmədovla çalışmaq necədir?
- O, gənc mütəxəssisdir və onunla çalışmaq mənə xoşdur. İlk günlərimdə mənimlə tez-tez maraqlanırdı, kömək edirdi. Belə məşqçini sevməmək olmaz.

- Qarşıda "Qəbələ" ilə oyun var...
- Şans qazansam, öz oyunumla ümidləri doğrultmağa çalışacağam. Bu, adi səfər oyunu olmayacaq. Bizim üçün növbəti çağırış olacaq. Yenə komandama faydalı olmağa çalışacağam. Belə olan halda mümkündür ki, növbəti mövsümdə daha böyük komandalarda oynamaq şansım da olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.