2 fevral 2015 13:00
20-ci turun açılış oyununda Qəbələ AZAL-la qarşılaşacaq
Topaz Premyer Liqasının 20-ci turunun iki oyununun başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, fevralın 6-da, saat 14:00-da Qəbələ şəhər stadionunda "Qəbələ" ilə AZAL üz-üzə gələcək.
Bundan iki saat sonra isə "Bakcell Arena"da "Neftçi" "Simurq"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bu turda "Xəzər Lənkəran" - "İnter" və "Qarabağ" - "Bakı" görüşləri də baş tutacaq. Hər iki oyun ayın 7-də keçiriləcək.
