2 fevral 2015 12:30
Amit Quluzadə oynamadı, komandası uduzdu
Portuqaliya ikinci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Çaves"lə qarşılaşıb. Oyun həmyerlimizin komandasının məğlubiyyəti ilə başa çatıb. Amitin adı "18-lik"də yer alsa da, o, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 20-ci pillədə qərarlaşıb.
