2 fevral 2015 12:00

Premyer Liqada 8-ci ukraynalı

Topaz Premyer Liqasının 19-cu turu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin ilk oyununda onun yetirmələri səfərdə “Bakı”ya 2:0 hesabı ilə qalib gəlib.

Bununla da Qriqorçuk Premyer Liqa tarixinə 8-ci ukraynalı kimi düşüb. Onadək ölkəmizdə çalışan 7 mütəxəssisdən 3-ü “İnter”in baş məşqçisi olub. Valentin Xodukin 80, Anatoli Konkov 50, Oleq Smolyaninov 6 qarşılaşmada paytaxt təmsilçisinə rəhbərlik edib. Ukraynalılar arasında oyun sayında rekordçu isə “Simurq”u 108 matça çıxaran Roman Pokoradır. Adıçəkilən mütəxəssislərdən başqa İqor Nakoneçnı “MKT-Araz”da 50, Anatoli Demyanenko “Neftçi”də 16, Viktor Pasulko “Xəzər Lənkəran”da 13 çempionat matçında iş başında olub.

Ümumiyyətlə isə türkiyəli Naci Şensoyun ilk legioner baş məşqçi kimi futbol tariximizə düşdüyü 2001/02 mövsümündən Qriqorçukun debütünədək 50 əcnəbi Premyer Liqada çalışıb. Ukraynalı baş məşqçilərlə yanaşı, bu vəzifəni müvəqqəti icra edənlərin də yer aldığı bu siyahıya 51-ci kimi düşüb.

Bu çalışdırıcılar 19 ölkəni təmsil edir: Türkiyə -14, Ukraynanı - 8, Gürcüstan, Serbiya – 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rumıniya, Rusiya, İspaniya – 2, Xorvatiya, Uels, Moldova, İtaliya, İngiltərə,  Əlcəzair, Çexiya, Makedoniya, Litva. Latviya – 1.

5 legionerin 2 komandada işlədiyini nəzərə alsaq, indiyədək 17 klub gəlmə baş məşqçiyə güvənib: “Xəzər Lənkəran” – 10, “Bakı” - 8, “Qəbələ”  – 6, “İnter”, “Simurq”- 4, “Gənclərbirliyi”, “Turan”, “Neftçi”, “Rəvan”, “Standard” - 3, “Muğan”, “Olimpik” – 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Sumqayıt”, “Qarabağ” – 1.

Qeyd edək ki, Qriqorçuka qədər “Qəbələ”də ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak, rusiyalı Yuri Syomin, rumıniyalı Dorinel Muntyanu, həmçinin bu vəzifəni icra edən ispaniyalı Luis Araqon da komandaya rəhbərlik edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.