1 fevral 2015 12:45

Roman Qriqorçuk: Yoxlama oyunları göstərdi ki, Qəbələ indi daha da güclənib

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk UEFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Deyilənə görə, sizi "Qəbələ" hələ ötən ilin ortalarında dəvət etmişdi. Niyə Azərbaycana məhz indi gəlməyə qərar verdiniz?
- Mənim "Qəbələ" ilə həmin danışıqlarımı təklif adlandırmaq olmaz. Bu, sadəcə, müzakirə xarakteri daşıyırdı. Biz söhbətləşdik, bir çox məqamlardan danışdıq, amma mən "Çernomorets"dəki işimi davam etdirməyi lazım bildim. Amma sonradan Odessa klubu ilə əməkdaşlığa son qoymağa qərar verdik və qəbələlilərin təklifini məmnuniyyətlə qəbul etdim.

- Qısa müddət ərzində komandada nə kimi dəyişiklik edə bilmisiniz?
- Klub rəhbərliyi prezident Tale Heydərovun timsalında baxımlı hücum futbolu izləmək istəyir. Bu futbol həm nəticə verməli, həm də azarkeşləri sevindirməlidir. Öz oyunumuzla daha çox azarkeşi stadiona gəlməyə məcbur etməliyik. Sevindirici məqam odur ki, bu tələblər mənim də baxışlarımla üst-üstə düşür. Əlbəttə, qarşımıza qoyulan vəzifə çətindir. Amma biz intensiv çalışırıq və artıq irəliyə doğru addımların atıldığını deyə bilərəm. Şübhəsiz ki, bundan sonra da nələrisə dəyişmək lazımdır. Əsas odur ki, rəhbərliyin bizdən, futbolçular da məşqçilər korpusunun onlardan nələr gözlədiyini bilirik. Fikrimcə, biz düzgün yoldayıq. Hələ yolun başlanğıcındayıq.

- "Qəbələ"nin qış toplanışından razı qaldınız? Komandanı mövsümün qalan dövrünə tam hazır saymaq olar?
- Uşaqlar maksimum çalışıblar və hesab edirəm ki, effekt var. Keçirdiyimiz yoxlama oyunları da göstərdi ki, komanda daha güclənib və əvvəlkindən yaxşı oynayır.

- Komandaya yeni gələn oyunçular barədə nə deyə bilərsiniz?
- Elə də çox futbolçu almamışıq. Hazırda daha bir oyunçu transfer etmək istəyirik. Amma hələ onun barəsində heç nə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, həmin futbolçu bizə çox lazımdır. Mən fəlsəfəm belədir: şans verdiyim futbolçular, heyətimizdə yer alan oyunçular mənim üçün ən yaxşı, ən sevimlidirlər. Mən onlara ümidliyəm və əminəm.

- Azərbaycan çempionatının səviyyəsi barədə düşüncələriniz necədir?
- Yerli infrastrukturla yaxından tanış olduqca daha az təəccüblənməyə başlayıram. Səviyyə doğrudan da yaxşıdır. Ümumiyyətlə, indi hamı futbol oynamağı öyrənib. İdman hər bir ölkədə sürətlə inkişaf edir, Azərbaycan da buna aşkar nümunələrdən biridir. Futbol indi daha qloballaşıb. Azərbaycanda da bu idman növü yaxşı templə inkişaf edir və fikrimcə, belə də davam edəcək.

- Bütövlükdə, ölkə barədə nə deyə bilərsiniz? Azərbaycan xoşunuza gəlir?
- İlk dəfə Bakıya beş il öncə gəlmişdim. Şəhər hələ o vaxt çox parlaq idi. Amma geridə qalan dövrdə bu paytaxt şəhəri daha da güclü dəyişikliyə məruz qalıb. Burada hər şey müasirdir, gözəldir. İnsanlarla söhbətəşirsən və başa düşürsən ki, yerli əhali nə qədər mehribandırlar. Qəbələyə gəlincə, elə də böyük şəhər deyil. Amma burada da güclü inkişaf var. Futbola gəlincə, heç inana bilməzsiniz ki, burada belə meydançalar ola bilər. Bir sözlə, seçimimdən razıyam. Ümid edirəm ki, tezliklə ciddi uğurlar da gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.