31 yanvar 2015 11:30

Stamenkoviç: Ayntraxtın serb futbolçularından Emilə dəstək olmalarını xahiş etdim

"Neftçi"nin qapıçısı Saşa Stamenkoviçin azerisport.az saytına müsahibəsi

- Mövsümün qalan hissəsinə necə hazırlaşmısınız?
- Yaxşı. Xeyli yoxlama oyunu keçirdik. Əksəriyyətindən qalib ayrıldıq. Yaxşı forma toplamışıq. Baxaq, görək çempionatın startı necə alınacaq.

- Qarşıda AZAL-la oyun var...
- Qələbə ilə başlamaq lazımdır. AZAL ciddi rəqibdir və həmişə belə olub. Onları məğlub etmək çətin olacaq. Amma bunu etməyə məcburuq.

- Komanda çempionluğa köklənib?
- Artıq neçə ildir "Neftçi"dəyəm. Hələ belə mövsüm olmamışdı. Fikrimcə, sonadək mübarizə aparacağıq.

- Amma razısınız ki, komandanız əvvəlki dövrlərdəki kimi parlaq oyun sərgiləmir? Mütəxəssislər də "Qarabağ"ı favorit sayır...
- Ümid edirəm ki, mütəxəssislər səhvə yol verəcəklər. Amma ardıcıl bir neçə il eyni səviyyədə oyun sərgiləmək asan məsələ deyil. Hərdən eniş dövrü də olur. Biz də bundan qaça bilmədik. Hazırda vəziyyəti düzəltməyə çalışırıq. "Neftçi" artıq bu mövsümdən əvvəlki səviyyəsini bərpa edə bilər.

- Yeni transfer olunan Aqil Məmmədovla rəqabət aparmaq necədir?
- "Neftçi"də qapıçılarla bağlı heç vaxt problem olmayıb. Biz öz işimizi görürük. Mən Aqilə uğurlar arzuladım. Bizim aramızda heç bir problem yoxdur və ola da bilməz. Bu rəqabətimiz sadəcə, komandanın xeyrinədir.

- Sabiq komanda yoldaşınız Emil Balayevdən Almaniyanın "Ayntraxt" klubunda nə gözləyirsiniz?
- O, şübhəsiz ki, çox istedadlı qapıçıdır. Ona uğurlar arzulamışam. Vətənimdə olduğum son istirahət zamanı "Ayntraxt"da oynayan iki serbiyalı oyunçu ilə görüşdüm. Onlara dedim ki, Emilə hər cür dəstək göstərsinlər. Emil hələ gəncdir və ona ilk növbədə öz üzərində çalışmaq lazımdır. Ümid edirəm ki, Balayev orada uğur qazana biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.