31 yanvar 2015 00:10
İsrafilov Elçeyə qarşı oynaya bilməyəcək
Azərbaycanlı futbolçu Eddi İsrafilov İspaniya La Liqasının 20-ci turu çərçivəsində keçiriləcək "Elçe" ilə oyunda da "Qranada"ya kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçimiz komanda yoldaşları Murilyo, Ektor Yust, Ruben Roçina və Riki ilə birgə zədəsini sağaltmaqla məşğuldur.
Bu üzdən də hazırda fərdi məşq edən İsrafilovun sıraya dönməsi bir qədər də gecikəcək.
"Qranada" hazırda 15 xalla sonuncu, 20-ci yerdə gedir.
