30 yanvar 2015 14:30

Tərlan Əhmədov: Hədəf Avropa Liqasına vəsiqə qazanmaqdır

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi

- Hazırlıq prosesi necə keçdi?
- Normal hazırlıq keçdik. Zədəli futbolçumuz yoxdur. Təəssüf ki, Eduardo ilə Oskar Klava qarşıdakı çempionat oyununda bizə kömək edə bilməyəcək. Amma bütövlükdə, komandanın nəyə qadir olduğunu çempionatın gedişi göstərəcək.

- Sizdən fərqli olaraq, xaricdə təlim-məşq toplanışı keçən, daha yaxşı komandalarla yoxlama oyunu keçirmiş klubların daha yaxşı hazır olduğunu demək olar?
- Razı deyiləm. Düzdür, biz yaxşı rəqiblərlə oynaya bilmədik. Amma əsas odur ki, futbolçular nələrin üzərində çalışmalı olduğumuzu bildilər. Bu baxımdan bizdə problem yoxdur. Psixoloji baxımdan da komandamda hər şey qaydasındadır. Bu, fiziki hazırlıqdan az əhəmiyyət kəsb etmir. Türkiyəyə getməməyimiz zəif hazırlaşmağımız demək deyil.

- Hər halda birinci divizion klublarına qarşı yoxlama oyunu keçirmək komandanız üçün böyük üstünlük deyil. Razısınız?
- Razıyam. Oyunlar da göstərdi ki, futbolçular birinci divizion klublarına qarşı oyunlarda xüsusi motivasiya ilə oynamırdılar. Rəqiblərə yuxarıdan aşağı baxırdılar. Amma Türkiyədə toplanış keçməyin də komanda üçün xüsusi üstünlük olduğunu düşünmürəm.

- Komandanı gücləndirə bilmisiniz?
- "Neftçi"dən Nicat Qurbanovu icarəyə götürmüşük. Aleksandr Şemonayev qayıdıb. Ukraynalı mərkəz yarımmüdafiəçisi Valeri Kutsenkonu dəvət etmişik. Daha bir "stopper" almaq istərdik. Amma hələ bu, alınmır. Əlimizdə olan materialdan yararlanmağa çalışacağıq.

- AZAL turnir cədvəlinin alt pillələrində qərarlaşıb. Bundan sonra necə olacaq?
- Rəhbərlik qarşımıza çempion olmaq, ilk üçlüyə düşmək kimi hədəf qoymayıb. Bizim konkret hədəfimiz dördüncü pilləyə yüksəlmək, Avropa Liqasına vəsiqə qazanmaqdır. Komandanın potensialı var və bu hədəfə çatmağın da mümkünlüyünə inanıram.

- Qarşıda "Neftçi" kimi kifayət qədər güclü rəqiblə oyun var...
- Kifayət qədər güclü? Mən də futbol oynamağa bu klubda başlamışam. Onlar fərdi cəhətdən güclü futbolçulara malikdilər. Öz oyunumuzu sərgiləməyə və üç xal qazanmağa çalışacağıq.

- "Neftçi"nin iki il əvvəlki dövrü ilə müqayisədə zəiflədiyini demək olar?
- Ola bilər ki, hansısa amillərə görə elə təəssürat yaransın. Amma "Neftçi" elə "Neftçi"dir. Bu komanda həmişə güclü və təhlükəli olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.