30 yanvar 2015 00:05

Fasiləyə son, çempionata davam

Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün 2-ci yarısına start veriləcək. Azerisport.az xəbər verir ki, çempionatda 38 günlük fasilədən sonra 3-cü dövrənin ilk turunun qarşılaşmaları baş tutacaq.

İlin ilk 4 matçı 3 gün ərzində keçiriləcək. Bu turda çempionatın lideri “Qarabağ” istirahət edəcək.

Turun açılış matçında “İnter” “Sumqayıt”ı qəbul edəcək. Paytaxt klubu Sumqayıtın eyniadlı təmsilçisi ilə 11-ci dəfə qarşılaşacaq. Bakılılar əvvəlki qarşılaşmalarda məğlub olmayıb. Bu rəqibinə cəmi 1 qol vurmağı bacaran, iki dəfə heç-heçə etməkdən artığına gücü çatmayan “gənclik şəhəri” təmsilçisi səfər oyunlarında məğlubiyyətdən qaça bilməyib. Geridə qalan 10 oyundan 8-də qələbə qazanan "bankçılar" əvvəlki oyunlarda 17 qola seviniblər. Bu mövsüm baş tutan oyunlara gəlincə, "İnter" öz meydanında "Sumqayıt"a 5:1 hesabıyla qalib gəldiyi halda, səfər matçında qolsuz heç-heçəyə razılaşmışdı. Hazırda lider "Qarabağ"ın əsas izləyicisi olan "bankçılar"ın bu oyundan da qələbə ilə ayrılması şübhə doğurmur. Amma Aqil Məmmədovun komandasının rəqibinə asanlıqla təslim olmayacağı da aydındır.

İkinci oyun günündə də bir görüş baş tutacaq. Paytaxt derbisində AZAL “Neftçi” ilə üz-üzə gələcək. Əvvəlki 23 oyunda “Neftçi” üstün olsa da, “ağ-qaralar” son 4 səfər duelindən yalnız birində qalib gəlib. AZAL isə son 11 qarşılaşmadan yalnız 1-də qapısını toxunulmaz saxlamağa nail olub. Bütövlükdə, "təyyarəçilər"in 4, "ağ-qaralar"ın 12 qələbəsi var. Daha 7 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi"nin böyük üstünlüyü var - 18:40. Üçüncü pillədə qərarlaşan Arif Əsədovun komandası iddiasını davam etdirmək üçün bu oyundan da qalib ayrılmağa çalışacaq. Lakin qarşılaşmanın Şüvəlanda keçirilməsi AZAL üçün müəyyən üstünlük yaradır ki, Tərlan Əhmədovun komandasının bu şansdan necə yararlanacağı maraq doğurur.

Son oyun günündə öncə “Bakı” “Qəbələ”ni qəbul edəcək. İndiyə qədər 26 dəfə üz-üzə gəlmiş tərəflərin duellərində paytaxt təmsilçisi daha çox qələbə qazanıb - 12 dəfə. Bölgə klubu isə 8 dəfə 3 xalı bayram edib. Altı oyunda tərəflər xalları yarı bölüblər. Əvvəlki oyunlarda üstünlüyə malik olmasına baxmayaraq, “Bakı” son 8 qarşılaşmada qalib gələ bilməyib. "Qəbələ" son 5 səfər oyununda məğlub olmayıb, rəqibinə cəmi 2 xal verib. Top fərqində də bakılıların üstünlüyü var - 29:25. Bu mövsüm baş tutan görüşlərə gəlincə, Bakıda keçirilən oyunda "Qəbələ 2 cavabsız qolla üstün olmuşdu. Qəbələdə isə tərəflər hərəyə 1 xal qazanmışdılar - 1:1.

Turun qapanış matçında da “Simurq” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar 21-ci dəfə üz-üzə gələcəklər. Zaqatala təmsilçisi əvvəlki 10 ev oyununda cəmi 1 dəfə qalib gəlib. Lakin “Simurq” son 5 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” əvvəlki oyunların yarısında qalib gəlməklə, böyük üstünlüyə malikdir. "Simurq" cəmi 3 oyunda 3 xala sevinib. Daha 7 görüşdə isə tərəflər meydanı 1 xalla tərk ediblər. Top fərqi də "Simurq"un lehinə deyil - 22:30. Bu mövsüm keçirilmiş əvvəlki oyunlara gəlincə, "Simurq" öz meydanında 2:0, "Xəzər Lənkəran" isə Lənkəranda 2:1 hesabıyla üstün olmuşdu.

Topaz Premyer Liqası
19-cu tur

30 yanvar

16:00. “İnter” - “Sumqayıt”
Bakı. “İnter Arena”.

31 yanvar

15:00. AZAL - “Neftçi”
Bakı. “AZAL Arena”.

1 fevral

14:00. “Bakı” - “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

17:00. “Simurq” - “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu.
 

1Qarabağ16104229-1734
2İnter1678126-729
3Neftçi1575319-1226
4Simurq1663725-2221
5Xəzər Lənkəran1655622-2020
6Qəbələ1647519-2419
7AZAL1545618-2517
8Sumqayıt1643919-2715
9Bakı16241013-3610
10Araz Naxçıvan00000-00

Bombardirlər:
9
- Nurlan Novruzov ("Bakı")
8 - Mikel Alvaro (“İnter”)
7 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran ("Simurq")
6 - Franka Nildo ("İnter"), Rəşad Eyubov ("Simurq")
5 - Cavid Hüseynov ("Qəbələ"), Leroy Corc ("Qarabağ"), Dodo ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.