29 yanvar 2015 17:30

Emin Quliyev: Premyer Liqamızda azarkeşləri stadiona gətirəcək baxımlılıq yoxdur

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Emin Quliyevin azerisport.az saytına müsahibəsi

- Siz hələ də işsizsiniz?
- Təəssüf ki, hələ heç bir təklif yoxdur.

- Hətta "Xəzər Lənkəran"dan da zəng edən yoxdur?
- Hələ yox. Gözləyirəm (gülür).

- Bu klubdakı son dəyişiklikləri necə qarşıladınız?
- Normal. Legionerlər fayda vermirdilər. Belədə onları saxlamağın nə mənası vardı? Yerli futbolçulara şans vermək daha yaxşıdır.

- Sizə elə gəlmir ki, futbolumuz daha bir iddialı klubu itirdi?
- Bunun belə davam edəcəyini düşünmürəm. Yayda hər şey yaxşıya doğru dəyişə bilər.

- Siz də "Qarabağ"ı çempionluq yarışında favorit sayırsınız?
- Onlar hər şeyə görə rəqiblərini üstələyirlər. Komandada titulunu qorumaq üçün hər şey var. "İnter"lə "Neftçi" bu yolda onlarla rəqabət aparmağa çalışacaq. Amma bu rəqabətin effektli olacağına şübhə edirəm.

- Çempionatımızın səviyyəsi aşağı düşməkdədir. Sizcə, bunun səbəbi nədir?
- Azarkeşləri stadiona yalnız baxımlı oyun gətirə bilər. Məsələn, "Neftçi" ilə "Xəzər Lənkəran" arasındakı oyunları götürək. Bu oyunları hamı gözləyir. Klublarımızın iddiasını, büdcəsini azaltması, gəncləşdirməyə üstünlük vermələri az təsir göstərmir.

- Əvvəllər futbolçuya baxmağa gəlirdilər...
- Hə, eləydi. Biz oynadığımız dövrdə insanlara bilet çatdırmaq olmurdu. İndi oyunlar boş tribunalar qarşısında keçirilir.

- Məsələn, siz növbəti turda hansı oyuna gedərdiniz?
- Təəssüf ki, mənim gözlədiyim qədər maraqlı bir oyun yoxdur. Ümid edirəm ki, bundan sonra vəziyyət düzələcək. Çempionatın səviyyəsi azarkeşlər olmadan qalxa bilməz. Onlara da baxımlı oyun lazımdır. Premyer Liqamızda isə hələ o baxımlılıq yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.