29 yanvar 2015 12:20
Neftçi Flavinyo və Karlos Kardososuz oynayacaq
"Neftçi" Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacağı AZAL-la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" bu gün "AZAL Arena"da növbəti məşqə çıxacaqlar.
Bakılıların heyətində zədəli futbolçu yoxdur. Amma qarşıdakı oyunda Flavinyo ilə Karlos Kardoso iştirak etməyəcək. Cəzalı durumda olan bu futbolçular yalnız növbəti turda komandalarına kömək edə biləcəklər.
