29 yanvar 2015 00:10

Roman Qriqorçuk: Bu çətin vəzifəni həll etməliyik

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ” sonuncu yoxlama oyununda Türkmənistanın “Altın Asır” klubu ilə (3:3) qarşılaşıb. Azerisport.az xəbər verir ki, Asiya təmsilçisi ilə görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesi və yoxlama oyunu haqda fikirlərini bölüşüb. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Sonuncu yoxlama oyunumuzun ssenarisi bizim üçün bir az uğursuz oldu. Oyunun ilk hissəsində xeyli qol imkanlarını qaçırdığımızdan, matç başqa məcrada davam etdi. Nəticədə çətin vəziyyətə, hesabda iki top geriyə düşdük. Komandamın məhz belə durumda özünü necə göstərməsi mənə maraqlı idi. Hesabdakı geriliyi aradan qaldıra bilməyimiz xarakterin olduğunu göstərir. Bu isə çox vacib amildir. Fasilədən sonra rəqibi tam üstələdik. Futbolçuların ikinci hissədə əzmkarlıq göstərmələri nəticəsində məğlubiyyətdən qaça bildik. Məhz ikinci hissəyə əsasən məndə yaxşı təəssürat qaldı”.

Ukraynalı mütəxəssis mövsümün ikinci yarısında “qırmızı-qaralar”ın qarşısında duran məqsəd haqda da danışıb: “Biz indidən heç nəyi proqnozlaşdıra bilmərik. Qarşımızdakı çətin vəzifə avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçünsə turnir cədvəlində irəliləməliyik. Avropa Liqasına düşmək üçün 10 xallıq fərqi aradan qaldırmalıyıq. Bu isə heç də asan iş deyil. Ancaq qarşımıza qoyduğumuz bu çətin vəzifəni həll etməliyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.