28 yanvar 2015 11:15

Eddi İsrafilov: Hədəfim İspaniya çempionu olmaq və dünya çempionatında oynamaqdır

Azerisport.az sizi Azərbaycan yığmasının və İspaniyanın "Qranada" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun müsahibəsi ilə tanış edir.

- Qranadadakı həyatınız necə keçir?
- Əla. Mən burada çox xoşbəxtəm. Bu, yaxşı və müasir şəhərdir. Hərdən oynayıram. Amma daha çox oynamaq istərdim. Bu, mənim Primeroda ilk ilimdir. Səbr edib gözləmək lazımdır.

- Xoakin Kaparrosun istefasına münasibətiniz necədir?
- Bu, xoşagəlməz hal idi. Kaparros çox yaxşı insandır. Məhz onun rəhbərliyi altında mən Primeroda debüt etmək şansı qazandım. Hər şeyin yaxşı olacağına ümidliyəm.

- Dörd il ərzində siz "Nou Kamp" da daxil olmaqla, müxtəlif stadionlarda oynamısınız. Təəssüratlarınız?
- Arzum həyata keçdi. Əvvəllər bu stadionu televizordan görürdün, indi isə həmin arenada oynayırsan. Bundan daha yaxşı nə ola bilər?

- Primero ilə Sequnda arasında nə fərq var?
- Fərq böyükdür. Xüsusən də sürət və oyun keyfiyyəti baxımından.

- Primerodakı hədəfiniz nədən ibarətdir?
- Növbəti hədəfim İspaniya çempionu olmaq və dünya çempionatında oynamaqdır.

- "Real"la oyundan nə gözləyirsiniz?
- "Qranada"nın bu matçdakı əsas hədəfi üç xaldır.

- Sizə daha çox hansı mövqedə oynamaq rahatdır?
- Mən özümü daha çox müdafiə olunanda yaxşı hiss edirəm. Amma irəlidə oynamaq da komfortludur.

- Digər ölkələrdən də təkliflər var idi. Hansı çempionatda oynamağa razı olardınız?
- Bəli, təkliflər var idi. İngiltərə varıantı mövcud idi. Premyer Liqa məni cəlb edir. "Qranada" mənim buraya gəlməyim üçün xeyli güc sərf etdi.

- Azərbaycan yığmasını niyə seçdiniz?
- Mənim anam oralıdır. Mənim bu yığmada oynamağımı çox istəyirdilər. Bu, ətraflı düşünülmüş addımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.