27 yanvar 2015 17:30

İbrahim Uzunca: Bakıdakı missiyam hələ bitməyib

"Bakı"nın baş məşqçisi İbrahim Uzuncanın azerisport.az saytına müsahibəsi

- Hazırlıq necə keçir?
- Necə bacardıqsa, elə də hazırlaşdıq. Komanda üçün əlimizdən gələni edirik. Qarşıdakı oyunu gözləyirik. Ölkə xaricinə getmək alınmadı. Bütün hazırlıq Bakıda baş tutdu. Baxaq, görək bundan nə alınacaq.

- Klubun hələ də futbolçulara borcu qalır?
- Borcların ödəniləcəyinə dair söz verilib. Gözləyirik. Buna baxmayaraq, boş da oturmuruq. Hazırlıq bardə düşünürük.

- Qarşıda "Qəbələ" kimi maliyyə problemi olmayan, səviyyəli futbolçulardan təşkil olunmuş rəqiblə oyun var. Komandanız bu rəqiblə oyunda problem yaşaya bilər?
- Meydana öz yetirmələrimizdən ibarət komanda ilə çıxacağıq. Çalışacağıq ki, oyunda sonra utanmayacağımız şəkildə mübarizə aparaq. Rəqibdən xal almağa, xarakter göstərməyə çalışacağıq.

- Bu qış Nurlan Novruzovun klub rəhbərliyi ilə münasibətləri ən çox müzakirə olunan məsələlərdən oldu. Bu söz-söhbət komandaya da təsir göstərir?
- Artıq bu barədə söhbətləri hər kəs unudub. Nurlan komandaya qayıdıb və bizimlə birgə məşq edir.

- Hazırda o, Premyer Liqanın ən yaxşı hücumçusu hesab olunur. Bu cür söhbətlər onun çıxışına təsir göstərməz ki?
- Ümid edirəm ki, bu, təsir göstərməyəcək və Nurlan qollar vurmağa davam edəcək. Novruzov kimi gəncləri yetişdirmək üçün çalışırıq. Biz onu itirməməliyik. O, hələ Azərbaycan futboluna çox fayda verəcək.

- Milinko Pantiçin "Bakı"ya qayıdacağı barədə söhbətlər dolaşır. Bu barədə eşitmisiniz?
- Xeyr, eşitməmişəm. Bunu şərh edə bilmərəm. Çünki mənə heç bir aidiyyatı yoxdur. Pantiç artıq bu klubda çalışıb. Klub rəhbərliyinin də istənilən qərarına hörmətlə yanaşırıq. İstənilən halda "Bakı"dan getməyəcəyəm. Artıq 7 ildir bu klubda çalışıram. Hesab edirəm ki, hələ buradakı missiyam başa çatmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.