27 yanvar 2015 16:00

Məhəmməd Mirzəbəyov: İnterin çempionluq şansından danışmaq tezdir

"İnter"in yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- Öncə Türkiyə toplanışı ilə bağlı təəssüratlarınızı bilmək istərdik...
- Yaxşı toplanış alındı. Əsas odur ki, zədəsiz ötüşdük və baş məşqçi hamıdan razı qaldı. Hazırda Bakıdayıq və "Sumqayıt"la oyuna hazırlaşırıq.

- Yoxlama oyunlarındakı nəticələriniz sizi çempionatda yanıltmayacaq?
- Düşünmürəm. İstənilən halda bizə baş məşqçinin oyunumuzdan razı qalması vacib idi. Elə də oldu.

- Yəni, "İnter" mövsümün qalan hissəsinə hazırdır?
- Zaman göstərəcək. Yaxşı hazırlaşmaq üçün əlimizdən gələni etdik.

- Sizcə, yığmanın baş məşqçisi Robert Prosineçkinin gözünə girməyi bacardınız?
- Fikrimcə, hə.

- "Sumqayıt"la oyundan nə gözləyirsiniz?
- Qələbə qazanmaq lazımdır. Eləcə də, sonrakı oyunlarımızda.

- Sizin gedişinizdən sonra "Sumqayıt"da nəsə dəyişib?
- Xeyr. Klub prezidenti Kamran Quliyevlə danışırıq. Bizim yaxşı münasibətimiz var idi və bu, hələ də qalır.

- "İnter"in çempion olmaq şansı nə dərəcədə yüksəkdir?
- Gəlin hadisələri qabaqlamayaq. İndidən bu barədə nəsə demək tezdir.

- Yayda komandanızın baş məşqçisi dəyişəcək. Bu xəbəri necə qarşıladınız?
- Bir şeyi bilirəm ki, baş məşqçimizin getməsi komandamız üçün böyük itki olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.