27 yanvar 2015 14:45

Bolqarıstan mətbuatı: UEFA Qarabağ - Levski matçını mütləq araşdıracaq

Azərbaycan çempionu "Qarabağ"la Bolqarıstanın "Levski" klubu arasında Türkiyənin Antalya şəhərində keçirilmiş yoxlama oyunu UEFA tərəfindən araşdırıla bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Bolqarıstan mətbuatı çıxış edib.

Bolqar həmkarlarımızın fikrincə, buna səbəb azərbaycanlı baş hakim Ömər Paşayevin bu oyunda 4 penalti təyin etməsidir. Həm də oyundan öncə bu görüşü türkiyəli Serkan Burakın idarə edəcəyi bildirilsə də, son anda o, azərbaycanlı referi ilə əvəzlənib. Bolqarlar Ömərin 3-cü dəqiqədə "Levski"nin qapısına təyin etdiyi penaltinin şübhəli olduğunu qeyd ediblər. Fasilədən sonra komandamızın buraxdığı ikinci qol zamanı müdafiəçilərin rəqib oyunçuya qarşı mübarizə aparmamasını vurğulayan həmkarlarımız İbrahim Şehiçi xüsusi günahlandırıblar. Guya o, penalti zamanı topun başına keçən rəqib oyunçuya hara tullanacağını işarə edib.

"UEFA bu oyunu mütləq araşdıracaq" qeyd edən bolqarlar bu oyuna Avropa və Asiyanın heç bir böyük bukmeker kontorunda pul qoyuluşu edilməməsinin də təsadüfi olmadığını diqqətə çatdırıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.