27 yanvar 2015 12:15
Emeqara özünə yeni klub tapa bilmir
"Qarabağ"ın sabiq hücumçusu İnnosent Emeqara özünə yeni iş yeri tapa bilmir. Azerisport.az xəbər verir ki, ötən ilin sonlarında Ağdam klubunun şərəfini qorumuş 25 yaşlı futbolçu Almaniya "Hamburq"unda baxışda idi.
Amma Bundesliqa təmsilçisi onu bəyənməyib. İtaliyanın "Parma" və "Palermo" klubları da Emeqaranı heyətinə qatmaqdan imtina edib. Bu üzdən də sözügedən futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi bilinmir.
