27 yanvar 2015 11:15

Rəşad Sadıqov: Malta ilə matç yığmamız üçün dönüş nöqtəsi olacaq

Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- Bu gün sizi Polşa "Legiya"sı ilə növbəti sınaq matçı gözləyir...
- Ciddi hazırlaşmışıq. Toplanış sona çatmaq üzrədir. Amma biz hələ optimal formada deyilik. Başa düşürük ki, indi pik nöqtəyə çatmaq mümkünsüzdür. Qış fasiləsindən sonra hamıda belə olur. Həm də biz hamıdan gec toplandıq. Bütün çatışmazlıqları aradan qaldırmağa çalışırıq.

- Çatışmazlıqlar fiziki hazırlıqla bağlıdır, yoxsa sərgilənən oyunla?
- "Sürix"lə oyunda yaxşı təsir bağışlasaq da, "Levski" ilə görüşdə istədiyimiz kimi oynaya bilmədik. Onlar da bizə qarşı ciddi hazırlaşmışdılar. Artıq mənim də səhvim nəticəsində buraxılan 3 qoldan sonra oyunun gedişatını dəyişdirmək üçün nə fiziki, nə psioxoloji cəhətdən toparlana bilərdik.

- "Qarabağ"ın üçüncü dövrənin ilk turunu buraxması sizin lehinizədir?
- Üstəlik, biz həm də daha artıq istirahət imkanı əldə etdik. Ümid edirəm ki, bu, mənfi təsirini göstərməz. Hər şeyin necə olacağını Premyer Liqa oyunları göstərəcək.

- "Qarabağ"a çempionluq titulunu qorumağa nə mane ola bilər?
- Rəqiblərin oyunu. Digər komandaların ən yaxşı oyunlarını sərgiləməsi bizim üçün əsl başağrısı olacaq. Buna görə özümüz də ən yaxşı formada olmalıyıq. Heç kim bizə asanlıqla uduzası deyil. "Neftçi", "İnter", "Qəbələ"nin də öz hədəfləri var. Statistika da göstərir ki, çempionatın son dövrələri daha çətin keçir.

- Komandanızın güclənməyə ehtiyacı var?
- Muaremlə Leroyun Türkiyə klublarına keçəcəyi barədə söhbətlər yayılanda axtarış gedirdi. Təəssüf ki, onların keçidi alınmadı. Bu, onlar üçün özlərini daha güclü çempionatda sınamaq imkanı idi. Amma öz adımızdan bu futbolçuların komandada qalmasına sevinirəm. Muaremlə Leroy komandaya lazımdır.

- Azərbaycan yığmasının hədəfi bu il nədən ibarət olacaq?
- Düşdüyümüz vəziyyətdən çıxmaq. Son illərdə hələ tsiklə bu cür pis başlamamışdıq. İki ağır səfəri geridə qoymuşuq. Amma doğma meydanda əsas rəqiblərimizə uduzmuşuq. Fransaya vəsiqə qazanmaq istəyirdik. Lakin bu, çox çətin görünür. Ən azından, gələcəyin komandasının özülünü qoymalıyıq. Bunun üçün yaxşı nəticələr qazanmaq lazımdır.

- Özünüzü DÇ-2018-in sçemə mərhələsində görürsünüz?
- Mənim müəyyən planlarım var, amma onlardan danışmaq istəmirəm. Hər şey nəticələrdən asılıdır. Həm də mənim yığmaya faydalı, məşqiyə lazımlı olmağım gərəkdir. Hər şeyi zaman göstərəcək.

- Malta ilə mart ayındakı görüş dönüş nöqtəsi olacaq?
- Bəli. Bununla əlaqədar futbol ictimaiyyətinə də müraciət etmək istərdim. Başa düşürük ki, hamı bu oyundan qələbə gözləyir. Amma oyun ərəfəsində futbolçulara psixoloji cəhətdən təsir göstərməyin. Meydana soyuqqanlı çıxmaq və qələbə qazanmaq istəyirik. Allah eləsin ki, hər şeyi öz xeyrimizə dəyişə bilək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.