27 yanvar 2015 00:20

Bədavi Hüseynov: Bizim yenidən qızıl medalları qazanmağımız çətin olacaq

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- Bolqarıstanın "Levski" klubuna böyük hesabla (0:3) uduzmağınızın səbəbi nədir?
- Matç bizim üçün çox uğursuz alındı. İki penaltini vura bilmədik. Top sadəcə, qapıya getmək istəmirdi. Xoşbəxtlikdən hazırda təlim-məşq toplanışındaydıq və çatışmazlıqları aradan qaldırmaq üçün çalışmalarımızı davam etdiririk.

- Qurban Qurbanov bu nəticəni necə qarşıladı?
- Normal. Bu, futboldur. Hərdən belə oyunlar da olur. Səhvlərimiz üzərində işləyəcəyik.

- Toplanışı necə qiymətləndirə bilərsiniz?
- Hər şey plan üzrə gedir. Öncə fiziki hazırlığa daha çox diqqət ayırırdıq, indi isə toplu çalışmalara üstünlük veririk. Üç yoxlama oyunu keçirmişik, qarşıda daha üç oyunumuz var. Qalan oyunlarda daha yaxşı futbol sərgiləyib, fevral ayına yaxşı formada getməliyik.

- Premyer Liqanın qalan hissəsində gərgin mübarizə olacağını düşünürsünüz?
- Əlbəttə. Ötən mövsüm qazandığımız uğuru bu mövsüm də təkrarlamaq çox çətin olacaq. Hər bir oyunda gərgin mübarizə olacağı şübhəsizdir.

- Bu mövsüm hansı hücumçular sizin üçün daha çox çətinlik yaradıb?
- Kimisə xüsusi fərqləndirməyəcəyəm. Çünki hər bir komandanın öz üstünlükləri var.

- İlin ən yaxşı oyunçusu komanda yoldaşınız Qara Qarayev oldu, siz isə ikinci oldunuz. Bunu necə qarşıladınız?
- Qaranı bir daha təbrik edirəm. O, birinci olmağa layiq idi. Yaxşı mövsüm keçirdi, bütün oyunlarda meydanda oldu. Özümə gəlincə, hətta adımı ilk üçlükdə görməyim də mənim üçün sürpriz oldu. Əlbəttə, bu, xoş idi. Bunda baş məşqçimizin də böyük xidməti var.

- Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki ilə görüşdə nəyi müzakirə etdiniz?
- Prosineçki bizim qaldığımız otelə gəlmişdi. Bəzi oyunçularımızla, həmçinin mənimlə tanış oldu. Belə bir görüşün baş tutması çox xoş oldu. Amma bu, tam tanışlıq xarakterli idi. Hər şeyi yığmanın toplanışı zamanı müzakirə edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.