26 yanvar 2015 18:00

Pavel Kapsa: Simurqun ilk üçlüyə düşmək şansı var

"Simurq"un polşalı qapıçısı Pavel Kapsanın azerisport.az saytına müsahibəsi

- Türkiyə toplanışı necə keçdi?
- Fikrimcə, yaxşı hazırlıq mərhələsi keçə bildik. Xeyli yoxlama oyunu keçirdik. Zədəsiz ötüşməyimiz də çox vacibdir.

- "Simurq"un hazırda daha da gücləndiyini demək olar?
- İndi bunu sizə deyə bilmərəm. Sadəcə, onu deməliyəm ki, hazırda komandada böyük rəqabət var. Nə dərəcədə gücləndiyimizi isə Premyer Liqa oyunları göstərəcək. Amma yenə də komandanın gücləndiyi qənaətindəyəm.

- Toplanış zamanı Almaniya "Duysburq"u (1:4) ilə Qazaxıstan "İrtış"ına (0:3) böyük hesabla uduzmağınıza nə səbəb oldu?
- Buna çox da böyük önəm verməyin tərəfdarı deyiləm. Həmin rəqiblərlə sadəcə, yoxlama görüşü keçirmişik. Yorğunluq fonunda oynayırdıq, heyəti yoxlayırdıq. Əks halda elə məğlubiyyətlərlə üzləşməzdik.

- Amma "Simurq"un çox qol vuraxması narahatlıq yaradır. Öz oyun formanızdan razısınız?
- Komanda üzvləri kimi, mən də yaxşı hazırlaşmışam. Buraxılan qolları da müzakirə etmişik. "Simurq"un qapısında problem olmayacaq.

- Yeni transferlər - Xuan Alvardo və Elnur Abdullayev barədə nə deyə bilərsiniz?
- Elnuru "Xəzər Lənkəran"dan tanıyıram. O, bizə qarşı bir neçə dəfə oynayıb. Səviyyəli yarımmüdafiəçidir. Xuanın da səviyyəsinə şübhə etmirəm. Yaxşı transferlərdir.

- Sizcə, bu iki oyunçu "Simurq"u gücləndirməyə yetəcək?
- Bizim onsuz da yaxşı oyunçularımız çox idi. Fikrimcə, yetərli olacaq. Amma hələ transfer pəncərəsi bağlanmayıb. Mümkündür ki, yeni transferlər də olsun.

- Ən yaxın izləyiciniz - "Xəzər Lənkəran"ın iddiasının kiçilməsi sizə sərf edə bilər?
- Düşünmürəm ki, bu, bizim işimizi asanlaşdıracaq. Lənkəranlıların sağa-sola xal paylayacağını da düşünmürəm. İlk 2-3 tur çox vacib əhəmiyyət daşıyır. Birinci oyunumuz elə "Xəzər Lənkəran"a qarşı olacaq, ondan sonra "Neftçi" ilə oynayacağıq. Bu oyunlarda inamlı çıxış etməliyik ki, sonrakı görüşlərdə də uğur qazana bilək.

- Mütəxəssislər "Qarabağ"a, "İnter"ə və "Neftçi"yə daha böyük ümidlər bəsləyirlər. Bəs siz "Simurq"un ilk üçlüyə düşmək şanslarını necə qiymətləndirirsiniz?
- İlk turlardan qələbə qazanmağa başlasaq, mütəxəssislərin fikrini dəyişə bilərik. Bizim hələ ilk üçlüyə düşmək şanslarımız qalır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.