25 yanvar 2015 19:50

Aleksey Spirin: Müsbət dəyişikliklər hiss olunur

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimizin hazırlığına qatılan FUFA təlimatçısı Aleksey Spirin yanvarın 21-dən etibarən nəzəri məşğələlərdə iştirak edib, son yeniliklər haqda məlumat verib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis daha sonra seminarın gedişi ilə bağlı AFFA-nın saytına fikirlərini bildirib:
 
“Seminarda iştirakıma görə şadam. Hakimlər üçün gözəl şərait yaradılıb. Antalyada olduqları müddətdə gündə 2 dəfə fiziki hazırlıq, eyni zamanda nəzəri məşğələlər keçirlər. Yeniliklərlə bağlı lazımi məlumatları onlara çatdırırıq. Onların burada idarə etdikləri oyunların analizi də aparılır, səhvləri qeyd olunur. Sevindirici məqam odur ki, hakimlər hər xırda detalla maraqlanır, bütün məlumatlara sahib olmağa çalışırlar.

Ötən il də onların seminarına qatılmışdım. Müqayisə etsək, hakimlərdə müsbət dəyişikliklərin hiss olunduğunu deyə bilərəm. Burada idarə etdikləri oyunlarda da özlərini yaxşı tərəfədən göstərdilər. Heç bir klub və yığma onların idarəçiliyi ilə bağlı narazılıq bildirməyib. Əksinə, xoş sözlərə layiq görülüblər. Məsələn, Ukrayna və Albaniyanın U-21 yığmaları arasında oyunu Ömər Paşayev idarə etdi. Meydanda maraqlı qarşılaşma izləsək də, idarəçilik ondan da maraqlı oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.