25 yanvar 2015 19:30
Millimiz Özbəkistana məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışında son yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz Özbəkistanın U-20 komandası ilə qarşılaşıb.
Qarşılaşma özbəkistanlı futbolçuların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qolunu Qara Qarayev vurub.
