25 yanvar 2015 15:00

Arif Əsədov: Neftçi hazırda 70-80 faiz hazırdır

"Neftçi"nin baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- Premyer Liqaya hazırlıq prosesini necə qiymətləndirərdiniz?
- Yanvarın 5-dən bir araya gəlmişdik. Öncə Bakıda hazırlıq keçdik, daha sonra isə Türkiyəyə yollandıq. İlk bir həftə ərzində fiziki hazırlığa üstünlük verdik, sonra isə yoxlama oyunlarına başladıq. Bütövlükdə, daha çox fiziki və taktiki hazırlığa diqqət ayırdıq. Amma bu toplanışa geniş heyətlə yollanmışdıq. Əvəzedici komandadan da bəzi oyunçular bizimlə birgə hazırlıq keçdi. Bu üzdən onları yoxlamağa da çalışdıq. Əsas odur ki, bizə kömək edə biləcək yeni oyunçular tapdıq. Elşən Abdullayev, Fəhmin Muradbəyli, Rahil Məmmədov kimi gənclərə şans verdik. Elşən uzun müddət idi zədə səbəbindən oynaya bilmirdi, artıq sıraya dönüb. Fikrimcə, hazırda bizim hər mövqeyə iki oyunçumuz var.

- Sizi məyus edən hansısa futbolçu olmadı?
- Xeyr. Hamısı həm məşqlərdə, həm də oyunlarda maksimum çalışdı. Baxmayaraq ki, yoxlama oyunlarında nəticəyə önəm vermirdik.

- Yeni transferlərdən yalnız Rauf Əliyevi sınaqdan keçirə bildiniz. Rəhman Hacıyev isə Türkiyəyə gedə bilmədi...
- Raufu həm əsas hücumçu kimi oynatdıq, həm də hücumçuların arxasında. O, özünü yaxşı tərəfdən göstərə bildi, hətta qollar da vurdu. Fikrimcə, onun hələ uyğunlaşması davam edir. Zamanla daha yaxşı oynayacaq.

- Artıq komandada üç mərkəz hücumçusu var - Rauf, Ernest Nfor və Nikolas Kanales...
- Əvvəllər oyunun gedişi zamanı xüsusi seçim imkanımız olmurdu. Amma indi belə imkanımız çox olacaq. Legioner limiti ilə də bağlı problemlə az üzləşmiş olacağıq.

- Qapıçılarla bağlı nə düşünürsünüz? Komandada artıq bircə güclü qapıçı qalıb, o da Saşa Stamenkoviçdir....
- Niyə ki? Bizdə Aqil Məmmədov da var. O da bizimlə məşq edib, oyunlarda iştirak edib. O, yaxşı qapıçıdır. Məmmədov da zamanla komandaya daha çox fayda verəcək.

- Hansı mövqedə problemlərin hələ də qaldığını düşünürsünüz?
- Müdafiə ilə bağlı problemlərimiz var idi. Yerli müdafiəçi almaq istəyirdik. Amma lazım olan bir oyunçu tapa bilmədik. Öncədən bildirdiyimiz kimi, legioner futbolçu da almaq istəmədik.

- Komanda Premyer Liqaya hazırdır?
- 100 faiz hazır olduğumuzu deməzdim. Təxminən 70-80 faiz hazırıq. Hazırlığın hələ də davam etdiyini nəzərə alsaq, bu, normaldır.

- Premyer Liqanın startına qədər planlarınız nədir?
- Artıq tam olaraq qarşıdakı oyunun hazırlığına başlayacağıq. Ötən gün gəlmişik. Oyunçular hazırda istirahətdədir. Sabahdan AZAL-la oyunun hazırlığı start götürəcək. Yoxlama oyunu keçirməyi düşünmürük. Ancaq məşqlər olacaq. Rəhman da komandaya qoşulacaq.

- Yeni transferlər mümkündür?
- Ola bilər. Çünki transfer pəncərəsi hələ açıqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.